ANAMA əməkdaşı minaya düşdü

Bu gün işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, qurumun 2000-ci il təvəllüdlü əməkdaşı Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayıb:

“Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur” .