Almaniya hökuməti Ukraynaya 2,7 milyard avro məbləğində ən böyük hərbi yardım paketini təqdim etmək qərarına gəlib.
Bu barədə məlumat Almaniyanın “Der Spiegel” nəşrində yer alıb.
Yardım paketində bu silahların olacağı gözlənilir:
- 20 ədəd “Marder PDM”;
- 30 “Leopard 1” tankı;
- 18 təkərli haubitsa;
- IRIS-T-SLM HHM sistemi;
- 12 IRİS-T-SLS atış qurğusu;
- 200 PUA;
- 100 hərbi maşın.