Ağ Ev Konqresdən Ukraynada Rusiyaya qarşı mübarizə üçün daha 24 milyard dollar, Amerikada fentanil və digər öldürücü narkotiklərlə mübarizə üçün isə 800 milyon dollar ayrılmasını xahiş edir.
Stopnarkotik.az "Breitbart" saytına istinadla bildirir ki, 2022-ci ildə təxminən 110.000 amerikalı narkotiklərin doza həddinin aşılmasından ölüb, hansı ki, bu ölümcül narkotik əsasən də Çin və Meksikadan qaçaqmalçılıq yolu ilə gətirilən fentanildir.
Prezident Co Bayden və Konqres Rusiya ilə müharibədə Ukraynanı müdafiə etmək üçün artıq 100 milyard dollardan çox pul xərcləyib.
İnauqurasiyasından bəri Bayden Meksikadan gələn miqrant axını ilə ölkəyə axışan narkotik dalğasını dayandırmaq üçün çox az iş görüb. Məsələn, 2023-cü ildə onun Baydenin müşavirləri Meksikadan gələn miqrant axınının tənzimlənməsi ilə bağlı saziş imzalayıb, amma narkotiklərlə bağlı qeyri-müəyyən danışıqları sadəcə davam etdirib.
Ağ Evin avqustun 11-də maliyyələşdirmə sorğusuna verdiyi təqdimatda deyilir ki, “fentanil kimi qeyri-qanuni narkotiklərin sərhədlərimizdən keçməsini azaltmaq və bu maddələrin sağlamlığımız üçün yaratdığı təhlükəyə qarşı davamlı səy” üçün əlavə 800 milyon dollar lazımdır.
Bu maliyyə müraciəti Səhiyyə və Sosial Xidmətləri Departamentinə son üç il ərzində fentanillə bağlı ölümlərin sürətlə artdığını nəzərə almaqla, narkotik istifadəsinin qarşısının alınması və müalicəsi xidmətlərini genişləndirmək üçün 350 milyon dollar təmin edəcək.
Stopnarkotik.az