ABŞ İraq silahlı qrupunun lideri Haydar Mucir Malek əl-Səidi (Heydar əl-Qaravi kimi də tanınır) haqqında məlumat gətirənə 10 milyon dollar mükafat elan edib. Departament onu "İraqda İranla əlaqəli Hərəkat Ənsar Allah əl-Əvfiya qrupunun lideri və baş katibi" kimi təsvir edir.
Dövlət Departamentinin məlumatına görə, Səidinin qrupu "İraqdakı ABŞ diplomatik obyektlərinə, eləcə də İraq, İordaniya və Suriyadakı ABŞ hərbi bazalarına və personalına hücum edərək amerikalı hərbçiləri öldürüb".
Dövlət Departamenti əlavə edib ki, silahlı qrupun lideri haqqında məlumat verənlər "ABŞ-a köçmə və mükafat ala bilərlər".
Dövlət Departamenti cümə günü "Kətaib Seyyid əl-Şuhada"nın lideri və baş katibi Əbu Ala əl-Vəlai kimi də tanınan Haşim Finyan Rəhim əl-Saraci haqqında məlumat üçün oxşar mükafat elan edib.
Stopnarkotik.az