"ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır" - Rusiya Xarici Kəşfiyyat Xidməti

ABŞ Gürcüstanda "rəngli inqilab" hazırlayır.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, amerikalılar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdırlar və ölkədə “rəngli inqilab” hazırlayırlar.

"Daxil olan məlumatlara görə, Ağ Ev oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyətin inkişafından son dərəcə narazıdır”, - deyə məlumatda qeyd olunub.