Yunanıstanın paytaxtı Afina yaxınlığında alman nömrəli avtomobilə silahlı basqın edilib.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, hücumda güllələrin hədəfi olan 6 Türkiyə vətəndaşı həyatını itirib.
Hücumun mafiya qarşıdurması ola biləcəyi düşünülür. Yunan polisi hadisə ilə bağlı İnterpoldan dəstək istəyib.
Həyatını itirənlərdən 5-nin avtomobilin içində, 1-nin isə avtomobilin xaricində olduğu bildirilib.Ölənlərin heç birinin Yunanıstanda cinayət keçmişinin olmadığı və üzərində silah olmadığı açıqlanıb.
Hadisə yerində aparılan araşdırma zamanı 20-dən çox güllə gilizləri tapılıb.
Hadisə şahidləri polisə ifadələrində hücumun baş verdiyi ərazidə tünd rəngli avtomobil və motosiklet gördüklərini bildiriblər. İşin istintaqı davam etdirilir.