Rusiyada Rostov İstintaq Təcridxanasının əməkdaşlarını girov götürən məhbuslara qarşı hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyat nəticəsində girovlar azad edilib, altı məhbus zərərsizləşdirilib.
Artıq bir neçə təcili yardım maşını istintaq təcridxanasının ərazisinə daxil olub.
***11:43
Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan altı şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.
Bu barədə TASS məlumat yayıb.
Belə ki, məhkumlar təcridxanadakı kameranın pəncərəsinin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar və nəzarətçi ilə əməliyyat zabitini girov götürüblər.
Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.
Təcridxanada üsyan edən Akiyev Şamil, Qiriyev Tamerlan və Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər. Digər üç nəfərin şəxsiyyəti dəqiqləşdirilir.