33 NƏFƏR SAXLANILDI, 79 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇDİ – Əməliyyat + AUDİO

Yanvarın 21-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Əməliyyat tədbirləri ilə ümumi çəkisi 78,7 kiloqramdan artıq narkotik vasitə də aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 69,9 kiloqrama yaxın marixuana, 7,4 kiloqrama yaxın tiryək, 1 kiloqramdan çox həşiş, qalanı heroin və metamfetamin, həmçinin 931 ədəd güclü təsiredici xassəyə malik həb olub.

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 21-də ümumi çəkisi 78,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 69,9 kiloqrama yaxın marixuana, 7,4 kiloqrama yaxın tiryək, 1 kiloqramdan çox həşiş, qalanı heroin və metamfetamin, həmçinin 931 ədəd güclü təsiredici xassəyə malik həb olub.