Rusiyanın Volqoqrad vilayətinin Voljsk şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, şəhərin Kirov küçəsində 29 yaşlı azərbaycanlı 49 yaşlı sevgilisini amansızlıqla qətlə yetirib.
Cütlük arasında axşam süfrə arxasında mühasibə yaşanıb. Bu zaman Azərbaycan vətəndaşı qadına 30 bıçaq zərbəsi vurub. Bundan sonra onun üzərindəki zinət əşyalarını, pulunu və mobil telefonunu götürərək qaçıb.
Amma bir neçə saatdan sonra polis onu yaxalayıb.