18 müəllimin imtahandan kəsilməsi ölümə səbəb olub? - RƏSMİ AÇIQLAMA

Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin müəllimi sosial şəbəkədə məktəb direktorunun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən öldüyünü iddia edən məlumat paylaşıb.

Stopnarkotik.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Qurumdan saytın sorğusuna cavab olaraq yazılan məlumat tam təkzib olunub.

Bildirillib ki, məktəbdə 18 müəllimin sertifikasiya imtahanından kəsilməsi doğru məlumat deyil:

"Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib.

Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem vardı. Bu üzdən ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, sertifikasiya imtahanı iyun ayının 8-də keçirilib, direktor isə iyunun 10-da dünyasını dəyişib.

Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur".