Rusiyanın Federal Təhlükəsizlik Xidməti 12 il əvvəl ölkənin Kənd Təsərrüfatı Nazirliyinin büdcəsindən 2 milyard rubl oğurlamaqda şübhəli bilinən Oleq Donskixi həbs edib.
TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi ilə Federal Təhlükəsizlik Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, qurumun İnzibati İşlər Departamentinə rəhbərlik edən O. Donskix Moskva ərazisində saxlanılıb. Həbsin təfərrüatları barədə açıqlama verilməyib.