Moskvada 139 nəfərin ölümü ilə nəticələnən "Crocus City Hall” teraktını öz üzərinə götürən İŞİD terror təşkilatı Rusiyanı təhdid edib.
İŞİD-in rəsmi kanalları vasitəsilə müxtəlif dillərdə yayımlanan mesajda Vadimir Putin və rus xalqının ünvanına təhdid dolu sözlər səsləndirilib. Mesajda Rusiyada növbəti teraktın ola biləcəyi vurğulanıb.
“Bütün qəddar ruslara, o cümlədən Putinə təhlükə” başlıqlı mesajda bu ifadələr yer alıb: “Ehtiyatlı olun, girovluqda olan qardaşlarımızın qisasını almağa imkanımız olmadığını düşünməyin. Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və sarsıdıcı zərbələr. Allahın izni ilə yeni bir qətliam gözlənilir. Çox yaxında”.
Qeyd edək ki, hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürsə də, Rusiya buna inanmır./azpolitika.info