İran rejimi etirazlar zamanı minlərlə insanın öldürüldüyünü təsdiqləyib.
Bu barədə İranın ali rəhbəri Əli Xameneyi "X" hesabında paylaşım edib.
O bildirib ki, aksiyalar zamanı 250 məscid, 250-dən çox təhsil və elm mərkəzi vandallığa məruz qalıb.
Xameneyinin sözlərinə görə, etirazlarda "bir neçə min insan" qətlə yetirilib.
O, qətllərin ABŞ və İsrail tərəfindən həyata keçirildiyini iddia edib.
