Xaçmazda 53 yaşlı kişi bacısı oğlunu bıçaqladı

1970-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 180.1-ci və 128-ci maddəsi ilə məhkum olunmuş, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Baxışov Murad Baxışəli oğlu yenidən cinayət törədib.

Stopnarkotik.az-ın xəbərinə görə, 53 yaşlı M.Baxışov bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğluna aralarında yaranmış şəxsi münasibətlər zəminində olan mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.