“Vaqner” sosial şəbəkə vasitəsilə döyüşçü toplayır - 120 MİN NƏFƏR...

“Vaqner” özəl hərbi şirkəti üçün yeni döyüşçü “Twitter“ və “Facebook” vasitəsi ilə yığılır.

“Politico” xəbər verir ki, Britaniyanın “Logally” tədqiqat qrupunun araşdırmasına görə, “Vaqner” bu iki sosial şəbəkədən həkimləri, dron operatorlarını və hətta psixoloqları işə götürmək üçün istifadə edib.

İş elanları son on ayda 120.000 baxış toplayıb.