Ukraynaya göndərilən silahlar oğurlandı

2022-ci ildə Ukraynaya göndərilən Qərb silahlarının bir hissəsi oğurlanıb.

Bu barədə CNN kanalı Pentaqonun baş müfəttişinin hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, cinayətkarlar, könüllü döyüşçülər və silah alverçiləri Ukrayna qoşunlarının verdiyi bəzi silah və texnikanı ələ keçiriblər.

Məlumata görə, cinayətkarlar silah oğurlamaq üçün özlərini humanitar yardım işçisi kimi göstərib, yerli hüquq-mühafizə orqanları oğurluq cəhdlərinin qarşısını ala bilib.

Hesabatda, həmçinin vurğulanıb ki, 2022-ci ilin oktyabrında Ukrayna anbarlarında yoxlamalar bərpa olunsa da, ümumilikdə nəzarət etmək çətin olub. Həmin ay ABŞ Müdafiə Nazirliyi Kiyevi izləmə sistemləri, xüsusilə skanerlər və xüsusi proqramlarla təmin edib.