Ukraynanın gizli silahı ilk dəfə görüntüləndi – Krım körpüsü də bu silahla partladılıb / FOTO

Ukraynanın Qara dənizdə iki kritik hücumda istifadə etdiyi və indiyə qədər gizli saxladığı pilotsuz dəniz aparatıilk dəfə görüntülənib.

Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, Qara dəniz və Krım yarımadasında Rusiya donanmasına hücum etmək üçün istifadə edilən aparatın görüntüləri ABŞ-ın "CNN" nəşri tərəfindən nümayiş etdirilib.

Ukraynanın istehsal etdiyi pilotsuz dəniz vasitəsinin uzaqdan idarə olunduğu, kəşfiyyat və müşahidə missiyaları ilə yanaşı hücumlar üçün də istifadə olunduğu bildirilir.

Məlumata görə, 5 metr uzunluğunda olan pilotsuz dəniz vasitəsinin çəkisi təxminən 1000 kiloqramdır və 300 kiloqrama qədər partlayıcı maddə daşıya bilir. Hücum gəmisinin saatda 50 km sürətlə hərəkət etdiyi vurğulanır.