Ucarda kütləvi dava olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində baş verib.
Kənd ərazisində düşən davada 27 yaşlı Vüsal Mehdiyev döyülüb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə iştirakçılarından ikisinin kimliyi müəyyənləşib. Onlar Müşfiq və Natiq adlı şəxslərdir.
Hazırda polis davanın digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.