Türkiyənin dəstəyi ilə kürd yaraqlıları məhv edilib + AUDİO

Yanvarın 9-dan 10-na keçən gecə ABŞ və İsrailin dəstəklədiyi kürd silahlı qrupları İran ərazisinə soxulmağa cəhd edib.

Kürd mənbələrinə görə, son günlərdə İraqdan İran ərazisinə soxulmuş PJAK (Kürdüstan Azad Həyat Partiyası) yaraqlılarının əksəriyyəti İlam və Kermanşah əyalətlərində hərbi qüvvələr tərəfindən məhv edilib.

Qeyd olunur ki, Türkiyə kəşfiyyatı (MİT) İraqla İrandakı kürd separatçılarının hərəkətlərini izləyib və İran ordusuna məlumat ötürürüb ki, sərhəddən içəri sızmağa çalışan yaraqlıların tez zamanda zərərsizləşdirilməsinə imkan verib. 

Stopnarkotik.az