Türkiyədə miqrantara qarşı əməliyyat keçirilib: Saxlanılanlar arasında azərbaycanlı da var

Türkiyənin Tekirdağ bölgəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 122 qanunsuz miqrant tutulub.

Keçirilən əməliyyat polislərin dron aparatı ilə qeydə alınıb.

Məlumatda  bildirilir ki, saxlanılan qanunsuz miqrantlardan 30-u Əfqanıstan, 45-i Suriya, 37-si Mərakeş, beşi Fələstin, ikisi Pakistan, biri Türkmənistan, biri Livan, biri isə Azərbaycan vətəndaşı olub.

Qeyd edilir ki, müvafiq orqanlar qeyri-qanuni miqrasiya ilə mübarizəni davam etdirir.

Mənbə: İHA