Türkiyə ordusunun İraqın şimalında yaralanan hərbçisi şəhid olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, çavuş Ege Süleyman Görece iyulun 21-də İraqın şimalında keçirilən “Pənçə-Kilit” əməliyyatı zamanı yaralanıb.
Xəstəxanada müalicə alan hərbçi bu gün vəfat edib.
Xatırladaq ki, bundan əvvəl nazirlik 6 hərbçinin şəhid olduğunu açıqlayıb.