“TÜRKİYƏ BU MÜHARİBƏYƏ HAZIR OLMALIDIR” - Hakan Fidandan kritik açıqlamalar / VİDEO

“İsrail-İran müharibəsi yüksək ehtimal kimi qiymətləndirilməlidir. Türkiyə regional müharibəyə hazır olmalıdır.”

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”-a müsahibəsində İsrail ilə İran arasında müharibənin olub-olmayacağı ilə bağlı suala cavab verərkən deyib.

Fidan İsrail ilə İran arasına gözlənilən müharibənin mümkün olduğunu bildirib.

“Biz belə bir ehtimala hazır olmalıyıq. Əlbəttə, bölgədə müharibənin yayılması bizim arzuladığımız bir şey deyil. Türkiyə son 20 ildə sülhün təmin edilməsi və qarşıdurmaların sona çatması üçün sıx səylər göstərib. Ona görə də biz heç bir halda İranla hər hansı münaqişənin və ya müharibənin başlamasının tərəfdarı deyilik. Bunun tamamilə əleyhinəyik. Amma digər tərəfdən, əgər İran özünü müdafiə etmək üçün hərəkət edərsə, təbii ki, bu onun haqqıdır”,-deyə H.Fidan bildirib.

Türkiyənin mümkün dünya müharibəsinə nə dərəcədə hazır olduğu sualına isə Fidan “dövlətin bir çox orqanı bu sualı cavablandırmaq və vəzifəsi çərçivəsində hazırlıq işləri görməklə məşğuldur”, - cavabını verib./azpolitika.info