Yanvarın 16-da saat 04:30 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
"Dəqiqləşdirilməmiş sirkə turşusundan zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir", məlumatda deyilir.
***09:53
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Belə li Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T.Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım göstərilsə də vəziyyətinin ağır olduğu bildirilir.
T.Məhərrəmovun Azərbaycan Dövlər Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə, sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır./apa