Təbrizdə azərbaycanlı həkim Əsədullah Əsədi İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı onun oğlu Babək Əsədiyə istinadla xəbər verib.
Bildirilir ki, təbrizli həkim iyunun 24-ü divara antihökumət şüarı yazdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən tutulub, dünən isə şəhərin Mərkəzi Həbsxanasına köçürülüb.
Qeyd edək ki, Əsədullah Əsədi siyasi mövqeyinə görə indiyədək bir neçə dəfə həbs olunub.