"Taksi sürüclərinin 20 faizi "patı" çəkir" - HÜQUQŞÜNASDAN AÇIQLAMA / VİDEO

Tanınmış hüquqşünas Tağı Hüseynov yeni açıqlaması ilə diqqət çəkib.

Stopnarkotik.az xəbər verir ki, "Gəl, Danış" verilişində ekspert qismində iştirak edən hüquqşünas 5 ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovdan danışıb. 

Tağı Hüseynov onun taksi sürücü işlədiyinə diqqət çəkərək, hazırda taksi fəaliyyəti ilə məşğul olan sürüclərin 20 faizinin patı çəkdiyini bildirib:

"O adam psixoloji yox, psixiatrik xəstə olub. Heç vaxt sağlam adam uşaq öldürmür. Bu bədbəxtin ağlı başında olmayıb deyə böyükdən kiçiyə hamını öldürüb. Bir çox ailələrin pul-mülk üstündə davaları olur. Amma heç kim bir-birini öldürmür.

Bu adam taksi sürücüsü işləyib. Bu dəqiqə taksi sürücülərinin az qala 20 faizi patıdan istifadə edir. Maşında əyləşənlər qorxurlar. Deyirlər özündə deyil. Camaat artıq arvad-uşağını taksi ilə göndərmək istəmir ki, birdən patı çəkən olar.

Ətraflı videoda: