“Moskvada 3 mənzili, Bakıda isə 2 evi satıb, pulunu qumarda uduzdum”
“Azərbaycanda qızlar 12-13 yaşında narkotik istifadə etməyə başlayırlar”
Müsahibimiz 18 il qumar və içki asılısı olub. Müyyən müddət ərzində narkotik də istifadə edib. Amma, dediyinə görə, narkotik onun üçün o qədər də maraq kəsb etməyib, o, daha çox qumara və içkiyə meylli olub.
Özünün təbirincə desək, kazinoda keçirdiyi günlərdə özünü “bomba qız” hesab edib, kənardakı insanları, daha çox da maddi imkanı olmayanları “siçan” kimi təsəvvür edib.
Lakin qumar asılılığı onu heç də xoşbəxt etməyib. Hətta dəfələrlə özünü öldürməyə cəhd edib: “Bir dəfə özümü 9-cu mərtəbədən atmaq istəyirdim...”
Ailə üzvləri ilə birgə Rusiyada yaşadığı illərdə, yəni 18 yaşından qumar asılısına çevrilsə və 18 il ərzində təxminən 1 milyon dollar uduzsa da, o, itirdiyi pullara görə heç vaxt heyfslənməyib. Deyir ki, dəfələrlə külli miqdarda borcu yaransa da, hamısını valideynləri ödəyib.
Bununla belə, onun qumar asılısına çevrilməsi anasının dünyadan vaxtsız köçməsinə səbəb olub. Məhz bundan sonra sağalmaq, normal həyata dönmək qərarına gəlib və buna nail də olub. Bildirir ki, hazırda o, asılılıqdan xilas olduğu günü də “doğum günü” kimi qeyd edir: “Ad günümü ildə 2 dəfə - yanvarda və iyulda qeyd edirəm”.
Müsahibimiz Leyla xanım artıq 2 ildən çoxdur ki, Azərbaycanda asılılıqdan əziyyət çəkən qadınlara da dəstək olmağa çalışır. Hazırda onun rəhbərlik etdiyi “Saflıq” Reabilitasiya Mərkəzi ölkəmizdə ilk olaraq qadınların müalicəsi ilə məşğul olan özəl reabilitasiya mərkəzidir.
Buyurun, Leyla xanımın həyatı ilə daha yaxından tanış olun:
Stopnarkotik.az