Sərhədçilər yanacaq çənində vedrələrdə "maye narkotik" tapdılar

ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları təxminən 200 pud maye metamfetamin ələ keçiriblər.

Stopnarkotik.az xəbər verir ki, maye metamfetamin traktorun yanacaq çənində gizlədilibmiş. 

Kaliforniya ştatının Otay Mesa şəhərindəki sərhədçilər bildiriblər ki, traktor qoşqusunu idarə edən 25 yaşlı kişi avqustun 7-də Gömrük və Sərhəd Mühafizəsinin ticarət obyektinə daxil olmaq üçün gəlib. Kişi ilə ilk dəfə qarşılaşan məmur avtomobili daha dərindən yoxlamaq üçün işarələyib.

İdarənin əməkdaşları traktorun yanacaq çənini yoxlayarkən çənin içərisində mayenin kristallaşmağa başladığını müşahidə ediblər. Maddə əməkdaşlar tərəfindən yoxlanılıb və maye metamfetamin olduğu aşkalanıb. Narkotiklər ümumi çəkisi 195,33 pud olan altı ədəd beş qallonluq vedrəyə yerləşdirilib. Narkotikin təxmini bazar qiyməti 221,500 dollardır.

Stopnarkotik.az