Oktyabrın 19-da və 20-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.