Şəkidə kütləvi dava: xəsarət alanlar var

Şəkidə üç nəfər arasında dava olub, xəsarət alanlar var.

Hadisə rayonun Cumakənd kəndi ərazisində fəaliyyət göstərən çay evinin qarşısında baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Həsən Səfərov, Şorsu kənd sakini, 1985-ci il təvəllüdlü Qoşqar Davudov və Daşüz kənd sakini, 1979-cu il təvəllüdlü Xəyyam Quliyev arasında dava baş verib.

Dava zamanı xəsarət alan hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Onlar bu gün səhər saatlarına kimi xəstəxanada həkim nəzarətində olublar. Xəsarətləri yüngül olduğu üçün evə buraxılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, dava ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır, xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən və ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.