Şəkidə avtomobil aşdı - Ölən və yaralananlar var

Şəkidə avtomobil aşıb.

Hadisə ötən gecə Şəki şəhəri ərazisində baş verib.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.