Türkiyədəki prezident seçkilərində üçüncü olan Sinan Oğan ikinci turda dəstəkləyəcəyi namizədin qarşısında 5 şərt irəli sürüb.
Stopnarkotik yerli KİV-ə istinadən xəbər verir ki, “ATA İttifaqı”nın vahid namizədinin şərtləri aşağıdakılardır:
- Konstitusiyasının ilk 4 maddəsi dəyişməz olaraq qalmalıdır;
- Konstitusiyasının 66-cı maddəsində qeyd edilən "Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür" ifadələrinə qarşı çıxanlara sərt mövqe nümayiş etdirilməlidir;
- 13 milyon suriyalı və digər qaçqınlar geri göndərilməlidir;
- İqtisadi böhrana səbəb olan faiz, inflyasiya, nəticə döngüsündən qurtulmalı və böhrandan çıxmaq üçün adekvat addımlar atılmalıdır;
- Terror təşkilatları (PKK və Kürd Hizbullahı) və onların siyasi strukturlarından (HDP və HÜDA-PAR) uzaq dayanılmalıdır.