Separatçıların keçmiş lideri həbs edildi

Ukraynanın Donetsk vilayətindəki separatçıların keçmiş rəhbəri İqor Strelkov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TASS onun yaxınlarına istinadən məlumat yayıb.

Məlumata görə, Strelkova qarşı ekstremizm maddəsi ilə ittiham irəli sürülüb. Bildirilir ki, bu gün saat 11:30-da Rusiya İstintaq Komitəsinin nümayəndələri İqor Strelkovun evinə gələrək onu naməlum istiqamətə aparıblar.

Bundan əvvəl Strelkov Rusiya Prezidenti Vladimir Putini və hərbi rəhbərliyi Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid edib.