Hacıqabul rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
Stopnarkotik.az xəbər verir ki, Valyuta.az-ın məlumatına görə, dövlət qurumunu məhkəməyə verən şəxs icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin (– baş memar) təqaüdə göndərilən İsabala Cəbrayılovdur.
İ.Cəbrayılov DSMF tərəfindən ona ayrılan təqaüddən narazı qalaraq məhkəməyə şikayət verib.
İş Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun icraatındadır.