Saakaşvilidən AÇIQLAMA: "Gürcü arzusu"nun dəstəsi etnik azərbaycalılara hücum etdi

Saakaşvili Tiflisdə supermarketdə etnik azərbaycanlıların döyülməsinə münasibət bildirib.

"Bu gün “Gürcü Arzusu” tərəfdarları Vake rayonundan olan 2013-cü ildə mənim üstümə pizzaçıma girib əşyalar atan Manço adlı bir qadını saxlayıblar. Bu dəfə o və dəstəsi etnik Azərbaycanlı vətəndaşlarımıza hücum etdilər", deyə keçmiş prezident hadisəni şərh edib.  

Saakaşvilinin sözlərinə görə, qadın saxlanılsa da, çox güman ki, həbsxanaya göndərilməyəcək, çünki belə insanlar İvanaişvilinin qalan son tərəfdarlarıdır.

"Bidzina, vaxtında işə qarış və sadiq tərəfdarını azad et! Əks halda, əvvəllər dayağın olan "qoca kişilər" və "qoca qadınlar" sənə qarşı çıxacaqlar", deyə Saakaşvili yazıb. 

Stopnarkotik.az