SAAKAŞVİLİ AZƏRBAYCANLILARA MÜRACİƏT ETDİ - Onları "5"-ə səs verməyə çağırdı

Gürcüstanın həbsdə olan sabiq prezident Mixail Saakaşvili Gürcüstan azərbaycanlılarını oktyabrın 26-da keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

“Mənim əziz həmvətənlərim!

Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var.

Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. «Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur» və «ya hökumət sizin kimə səs verdiyinizi biləcək» deyənlərə inanmayın.

Rahat seçkilərə gedin və 5-ci nömrəyə səs verin”, - Saakaşvili öz Facebook səhifəsində yazıb.