Rusiyanın xarici işlər naziri Lavrov rusiyalı turistlərə KXDR-də istirahət etməyi tövsiyə edəcəyini bildirib.
Bu barədə TASS agentliyi məlumat yayıb. Belə ki, Rusiya XİN rəhbəri Sergey Lavrov KXDR-ə səfəri çərçivəsində həmkarı Çoi Sonq Hui ilə görüşüb və mətbuat konfransı keçirib.
Məlumata görə, mətbuat konfransında Lavrov jurnalistin ona Şimali Koreyanı ruslar üçün tətil yeri kimi tövsiyə edib-etməyəcəyi barədə sualına “Mən istərdim” cavabını verib.