Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

Xəbər verdiyimiz ki, Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Ölkənin Müdafiə Nazirliyi Leninqrad vilayəti ərazisində hərbi Mi-28 helikopterinin qəzaya uğradığını, ekipajın həlak olduğunu təsdiqləyib.

"Mi-28 vertolyotu Leninqrad vilayəti üzərində planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Ekipaj üzvləri həlak olub, helikopteryaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb", - deyə Rusiya MN-dən verilən açıqlamada bildirilib.

***20:34

Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.

Rusiya mediası xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Helikopter qəzasının Volosovski rayonunda baş verdiyi bildirilib.

Qəzanın səbəbinin hələlik məlum olmadığı qeyd olunub.