Rusiyada depressiya və stress pozuntusu halları artır

Rusiyada qeyri-psixotik xəstəliklərin - depressiya, narahatlıq və stress pozuntularının halları əhəmiyyətli dərəcədə artıb. "Kommersant" bunu Rosstat məlumatlarına istinadla bildirir.

Statistik məlumatlara görə, 2024-cü ildə bu cür xəstəliklərin halları 2020-ci illə müqayisədə 21,5% artıb. 2025-ci il üçün məlumatlar hələlik mövcud deyil, lakin antidepressant satış tendensiyaları dolayı yolla bu istiqamətin yüksəlişdə olduğunu göstərir. Rusiya Səhiyyə Nazirliyinin baş psixiatrı Svetlana Şport bunu ixtisaslaşmış tibbi yardımın keyfiyyətinin və əlçatanlığının yaxşılaşması ilə əlaqələndirir.

Stopnarkotik.az