Rusiyada azərbaycanlı narkotacirlər tutuldu

Kostroma vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitənin əcnəbilər tərəfindən tranzit daşınması barədə məlumat alıblar.

Stopnarkotik.az Rusiya mediasına istinadla bildirir ki, Azərbaycan vətəndaşı olan iki şəxs Kostroma şəhərindən İrkutska həşiş aparmağı planlaşdırıb. Onlar Şarya bölgəsində saxlanılıblar. Məlum olub ki, narkotiklər avtomobilin baqajında gizlədilib.

Polis oradan 10 kiloqram narkotik tapıb. Ekspertiza onun həşiş olduğunu müəyyən edib. Dindirilmə zamanı əcnəbilər həmyerlilərinin onları kuryerliyə cəlb etdiyini bildiriblər. İfadə əsasında Leninqrad vilayətində də əməliyyat keçirilib. Tezliklə onların ortağı saxlanılıb.

Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb. Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.