Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, indi yeni qlobal münaqişə təhlükəsi həmişəkindən daha yaxındır. Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Belarus prezidenti ifadə edib ki, “bizi kollektiv Qərbin real planları və niyyətləri barədə çaşdırmağa çalışırlar” və bunun əvəzinə Qərb nizamı tətbiq edilir.
Lukaşenko, baş verənləri NATO-nun genişlənməsinin və blok ölkələrinin hərbi potensialının güclənməsinin yeni dalğası adlandırıb.
“Onlar növbəti dəfə ölkəmizi, bütün regionumuzu partlatmağa, insanları çaşdırmağa çalışırlar. İstədikləri vəziyyəti hər yolla çalxalamaq və bu səs-küy altında öz qaydalarını tətbiq etmək, öz nizamlarını qurmaqdır. Elə bir nizam ki, artıq nə ölkələrimiz, nə də xalqlarımız olacaq”, deyə Lukaşenko Müstəqillik Sarayında generalların təqdimat mərasimində bildirib.
“Mənim mövqeyim belədir: Rusiya dağılsa, biz dağıntılar altında qalacağıq, hamımız məhv olacağıq”, deyə Lukaşenko əlavə edib.
Stopnarkotik.az