Ramzan Kadırovun 17 yaşlı oğluna 10 günə iki medal verildi

Çeçenistanın rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov Rusiya Milli Qvardiyasının inkişafına verdiyi töhfəyə görə "Axmat-Krepost" medalı ilə təltif edilib.

Bu barədə "Qroznıy" dövlət teleradio şirkəti xəbər verir.

Mükafatı "Axmat-Krepost" dəstəsinin komandiri Əbdülkərim Kadırov təqdim edib.

Qeyd edək ki, Adam Kadırov bundan əvvəl də - mayın 12-də başqa bir medal alıb. O, "Axmat-Qroznıy" xüsusi təyinatlı dəstəsinin yaradılmasının 25 illiyi münasibətilə xatirə yubiley medalı ilə mükafatlandırılmışdı./oxu.az