Qazaxıstanın xarici işlər naziri saxlanılıb? - YENİLƏNİB

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Stopnarkotik.az xəbər verir ki, bunu respublikanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

"Biz bunu jurnalist etikasının və ölkəmizin mövcud qanunvericiliyinin pozulması kimi qiymətləndiririk", - diplomat qeyd edib. 

***13:25

Qazaxıstan xarici işlər naziri Murad Nurtleu saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Orda.kz saytı məlumat yayıb.

Məlumata görə, XİN başçısı ilə yanaşı, biznesmen Hacı Hacıyev də saxlanılıb.

Nurtleu Çində keçirilən ŞƏT sammitindən qayıtdıqdan sonra evində saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Nurtleu və Hacıyevin evində axtarışlar aparıblar.