Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşlarıdır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, istintaq tədbirləri nəticəsində polis Konokoto sektorunda və şəhərin cənubunda bir neçə ünvanda axtarışlar aparıb. Nəticədə 6 nəfər saxlanılıb, onların hamısı başqa ölkənin vətəndaşıdır.