"Pis yol şəraitinə görə qəza keçirdim" - PAŞİNYAN

“Hökumət xərclədiyi pullara münasibətini dəyişməlidir. 2017-ci il Milli Məclisə seçki kampaniyası zamanı yolun pis vəziyyətinə görə Geqarkunikdə qəza keçirdim. Sükanda mən idim, qəzaya düşdük". 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib. 

 O,  ölkə ərazisində yol infrastrukturunun bərbad vəziyyətdə olduğunu açıqlayıb:

"Əslində, vətəndaşları belə hallarda xidmət göstərən şirkətləri məhkəməyə verməyə çağırıram, hara gedirsənsə, orada böyük işarə var ki, yola bu şirkət, həmin şirkət xidmət göstərir, amma əslində xidmət göstərilmir".