Mayın 3-də Pirallahı qəsəbəsi ərazisində bir qadının bankomatdan pul çıxarmaq üçün kartını verdiyi şəxsin onun 310 manatını çıxarıb talayaraq qaçması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluğa görə məhkum olunmuş Eybət Cavadov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Səttar Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.