Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, saat 20:00-da ölkə üzrə bütün seçki məntəqəsi səsvermə üçün bağlanıb və səslərin hesablanmasına başlanıb.
İlkin məlumata görə, Ermənistanda parlament seçkilərində iştirak 58,97% təşkil edib, - Mərkəzi Seçki Komissiyası bildirib.
“Civic News” internet resursunun məlumatına görə, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası səslərin 56,7%-ni qazanır.
***09:24
Ermənistanda parlament seçkisi başlayıb.
Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə uyğun gəlir - red.) ölkə üzrə 2 500 seçki məntəqəsi açılıb.
Seçkidə iştirak etmək üçün 16 partiya və 2 blok qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, 2.5 milyon vətəndaşın səsvermə hüququ var. Seçici fəallığının göstəricisindən asılı olmayaraq səsvermə baş tutmuş hesab ediləcək - yeni seçki məcəlləsi ilə hər hansı bir minimal hədd müəyyən edilməyib.
Məntəqələr saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri növbəti gün, yekun nəticələri isə ən geci yeddinci gün elan edəcək.