“Özümə qəsd etmək istədim, bacarmadım” – 12 il narkotik istifadə edən Camalın HƏYAT HEKAYƏSİ

“Günlərlə yatmırdım, ağrıdan gecə-gündüz ağlayırdım; özümə qəsd etmək istədim, bacarmadım”

“Anam və atam qarşımda oturub, uşaq kimi ağlayırdılar”

Camal 17 yaşından narkotik istifadəçisi olub. Ümumilikdə 12 il narkotikdən əziyyət çəkib. Deyir ki, əvvəl yüngül narkotiklə, spirtli içki ilə başlayıb, sonralar ağır narkotik aludəçisinə çevrilib.

Stopnarkotik.az xəbər verir ki, 12 ilin sonra narkotikdən xilas olmağı qarşısına məqsəd qoyan Camal, bu səbəbdən “Güvən Rehab” Reabilitasiya Mərkəzinə müraciət edib. 6 aylıq müalicə müddətindən sonra normal həyata qayıdıb. Lakin “ayıqlığının” 16-cı ayında yenidən narkotik istifadə etməyə başlayıb.

Camalın sözlərinə görə, narkotik aludəçisinə çevrilməsi səbəbindən evlilik həyatı cəmi 6 ay çəkib. Həyat yoldaşı bu müddət ərzində səbrlə onun narkotikdən xilas olacağını gözləsə də, ümidləri puç olub, sonda isə onu tərk etmək məcburiyyətində qalıb.

Hazırda yenidən “Güvən Rehab” Reabilitasiya Mərkəzində müalicə olunan Camal, artıq narkotik bəlasından tamamilə xilas olmaqda israrlıdır. Buyurun, onun 12 illik narkoman həyatı ilə bağlı söylədiklərini öz dilindən eşidin.

Verilişi axşam saat 20:00-da canlı olaraq izləyə bilərsiniz.

Müsahibədən sitatlar:

“Narkotik əldə etmək üçün evdən oğurluq edirdim”

“Həyat yoldaşımın qızıllarını satıb, narkotikə vermişəm”

“Yoldaşım bir müddət səbr etdi ki, yenidən hər şey yaxşı olar, amma...”

“Evdə heç nə qoymadım, hər şeyi satıb, narkotikə verdim”

“Narkomana heç yerdə yer yoxdur, heç yerdə güvən yoxdur, heç yerdə hörməti yoxdur”

Stopnakotik.az