Oğuzda poçt ərazisindən kişi meyiti tapıldı

Oğuz rayonunda Qəbələ sakininin meyiti tapılıb.

Stopnarkotik.az xəbər verir ki, Oğuz rayonu Dəymədərə kəndi ərazisində poçt məntəqəsinin arxasından Qəbələ rayon sakini, 1963-cü il təvəllüdlü Məmməd Robel oğlu İbrahimovun meyiti tapılıb.

Məlumata görə, 60 yaşlı Məmməd İbrahimov Dəymədərə kəndində müvəqqəti yaşayıb. O, tüfeyli həyat tərzi sürüb.