Oğuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şirvanlı, Muxas, Calut və Zərrab kənd orta məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, çıxış edənlər narkomaniya və onun fəsadları barədə şagirdlərə ətraflı məlumat verib, “ağ ölüm” ilə mübarizədə hər bir şəxsin fəal mövqe sərgiləməsinin vacibliyini diqqətə çatdırıblar.