Oğuzda İNTİHAR: 33 yaşlı kişi özünü asdı

Oğuzda intihar hadisəsi baş verib.

Hadisə rayonun Yemişanlı kəndində qeydə alınıb.

Kənd sakini, 33 yaşlı Pərviz Məmmədxanov yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

 

İlkin ehtimala görə, intihara ailə məsələləri səbəb olub.

Həyat yoldaşı Pərvizi atıb gedib. Ayrılığa dözə bilməyən Pərviz depressiyaya düşüb və özünə qəsd edib. 

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır./lent.az